Taksi sürücülərinin xanımlara əxlaqsız təkliflər etməsi psixoloji problemlərlə bağlıdır - AÇIQLAMA

 14:13 23.04.2025     151

Son zamanlar "Bolt" taksi sürücüləri arasında sərnişinlərə narahatlıq yaradanların olması barədə xəbərlərə tez-tez rast gəlirik. İddialara görə, həmin sürücülər avtomobili idarə edərkən qeyri-etik hərəkətlər edir, xanımlara əxlaqsız təkliflər edir və s.  

Bu kimi hallara qarşı hansı tədbirlər görülə bilər? Ümumiyyətlə sürücülər işə götürülərkən onlarla psixoloji söhbət edilirmi və yaxud edilməlidirmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti İlqar Hüseynli bildirdi ki, bu məsələ mətbuatın araşdırma mövzusu olmamalıdır.

"Yanaşma bu cür olmamalıdır. Ümumilikdə, bunlar insan faktoru ilə əlaqəlidir. Bu, sosial problemdir, şirkət problemi deyil. Şirkət tərəfindən insanlar kütləvi şəkildə işə cəlb olunurlar. Hər bir işçini psixoloji və əxlaqi testdən keçirmək imkanı məhduddur. Bu, çox ciddi və dərin problemdir".

Avtobus parklarının yenilənməsinə çox ciddi ehtiyac var- EKSPERT

Ekspert qeyd etdi ki, şirkət işə götürərkən işçini etik kodekslə tanış edir və onunla müqavilə bağlayır.

"İşçi işə qəbul olmaq üçün bütün şərtlərlə razılaşır. “Bolt” və “Uber” transmilli, beynəlxalq şirkətlərdir. Adətən, şikayət daxil olan kimi həmin şəxslər müəyyən müddətlik işdən uzaqlaşdırılır. Bu hal bir neçə dəfə təkrarlanarsa, həmin şəxs işdən tam uzaqlaşdırılır. Belə hallar, əsasən, psixoloji problemlərlə bağlıdır", - deyə İ.Hüseynli bildirdi.

Aytəkin TOFİQQIZI