"Mənim ünvanıma deyilən sözləri hesab edin ki, dədələrinə deyiblər" - Şeyx Əbdül

"Bakının kanalizasiyası ilə bağlı bilavasitə mövqe bildirmişdim. Mənim ünvanıma nələr deyirlər. Mən orada demişəm ki, bir erməni gətirmişdilər. Kinostudiyanın “Ton atelyesi” deyilən böyük bir zalı var idi. Ora 200-300 adam tuturdu. 20 Yanvar hadisəsi ilə bağlı məsələlərə mən rəhbərlik edirdim".
Bu fikirləri Redaktor.az-a Xalq artisti Şeyx Əbdül Mahmudbəyov ötən günlərdə saytmıza verdiyi açıqlamadan sonra məruz qaldığı tənqidlərdən danışarkən bildirdi.
"Kinostudiya operativ qərargah yaratmışdı. Ermənini ora gətirmişdilər. Təmiz rusca danışırdı. Elə gün olurdu, 7-8 görüş keçirirdim. Zal dolu olurdu. Xalqı maarifləndirirdik. Biz xidmət etmişik, kimlərsə mənim ünvanıma ağzına gələni danışır. Ayıb olsun. Ar olsun onlara, utanıb yerə girsinlər. Hardadı onların düşüncəsi, əxlaqı? Ağsaqqala dəstək olmaqdansa, ağızlarına gələnləri danışırlar. Gedib arxivlərə baxıb tapsınlar. Erməni dedi ki, kanalizasiyadakıların 40%-i ermənilərdir, Bakını planlı şəkildə elə günə qoyuruq ki, Bakı çökəcək. Tikilən binalar köhnə kanalizasiyalara qoşulub. Nəticədə Bakı dağılır, dağılacaq. Bakıya tikinti lazım deyil, ay icra hakimiyyəti, əziz qardaşım Eldar müəllim. Gücü də çatmır, neyləsin? O pul qoyanlar onsuz da pul alanlar deyil. Pulu olsa, özüm alaram. Əməliyyata hazırlaşıram, xərcimi yaxın bir dostum edir. Millətin onsuz da pulu yoxdur. Kimin üçün tikirsiz? Ev tikənənlərə ideologiya verirəm, onların pulu var, mənim yoxdur" - deyən müsahibimiz qeyd etdi ki, "Kubinka"nı Azərbaycanın dünya standartı səviyyəsində əyləncə mərkəzi etmək olar.
"Mənim ünvanıma deyilən sözləri hesab edin ki, dədələrinə deyiblər. Əgər dədələrinin Şeyx kimi dəyərli təklifləri varsa, kimdən törəyiblər bəlli deyil. Söyüş siyasəti yaradıblar. Yeganə xalqıq ki, əclaf sözünə görə qan töküb adam öldürmüşük. Bu məsələyə yüksək səviyyədə nəzarət olunmalıdır. Təkliflərimi verdim. O evləri onsuz da heç kim almayacaq. Camaat pulunu çörəyə verir", - deyə Xalq artisti bildirdi.
Aytəkin TOFİQQIZI