Şadlıq evləri toy sahibinə niyə ödəniş çeki vermir? - Ekspertdən AÇIQLAMA

 16:50 25.04.2025     158

Azərbaycanda şadlıq sarayları toy sahibindən külli miqdarda pul alsalar da, onlara ödəniş qəbzi vermirlər. Təbii ki, bu zaman toy edənlər əlavə dəyər vergisindən (ƏDV) də məhrum olurlar.

Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, restoran sahibi toy edənlərə rəsmi ödəniş çeki verməlidir.

"Ödəniş çeki rəsmi olan zaman, içərisinə ƏDV də daxildir. Çünki kafe və restoranlar ƏDV ödəyiciləridir. Bu restoranlar mexanizm olaraq adi restoranlardan fərqlənmirlər. Onlar rəsmi kassa çeki verməlidirlər. O kassa çekində ƏDV də qeyd olunur. ƏDV geri alma funksiyasına görə toy sahibləri ƏDV-ni geri ala bilərlər", - deyə o bildirdi.

Aytəkin TOFİQQIZI