Azərbaycan azad edilmiş əraziləri minalardan sürətlə təmizləyir - Serbiya səyyahı

Azərbaycan azad edilmiş ərazilərdə minaları sürətlə təmizləyir.
Redaktor.az xəbər verir ki, bunu APA-ya açıqlamasında azad edilmiş ərazilərə səfər edən Serbiyadan olan səyyah Eve Besser deyib.
O, bölgədə aparılan minatəmizləmə işlərinin peşəkarlıqla həyata keçirildiyini vurğulayıb:
“Mən daha əvvəl Laosda olmuşam, orada da mina problemi mövcuddur. Amma düşünürəm ki, siz bu prosesi daha sürətli həyata keçirirsiniz.”
Serbiyalı səyyah Azərbaycan mütəxəssislərinin mina təmizləmə sahəsində göstərdikləri peşəkarlığa diqqət çəkib: “Bu, çox riskli bir işdir. Sizdə bu işlə məşğul olan çox peşəkar insanlar var. Onların fəaliyyəti məni çox təsirləndirdi.”
Eve Besser, həmçinin ümid etdiyini bildirib ki, ərazilərdə mina təhlükəsi tezliklə aradan qalxacaq və insanlar öz doğma yurdlarına qayıdaraq normal, xoşbəxt həyatlarına davam edəcəklər.