Vətən Müharibəsi Qəhrəmanının rütbəsi artırıldı

 11:13 03.05.2025     956

Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant İlqar Orucovun rütbəsi vaxtından əvvəl artırılıb.

Redaktor.az-ın əldə etdiyi məlumata görə, bu barədə müvafiq əmr imzalanıb.

Hərbi xidmətdə fərqlənən İlqar Orucova polkovnik hərbi rütbəsi verilib.

Hazırda xidmətini davam etdirən İ.Orucov N saylı hərbi hissədə komandir vəzifəsində çalışır.

Qeyd edək ki, Orucov Vətən Müharibəsində şücaət göstərən hərbçilərimizdən olub. O, mübaribədən sonra orden və medallar, o cümlədən “Vətən Müharibəsi Qəhrəmanı” medalı, “Azərbaycan Bayrağı” ordeni və bir neçə rayonun işğaldan azad olunmasına görə medalları ilə təltif edilib.