“BakıKart”da problem yarandı

 09:16 09.05.2025     444

Bu gün Bakıda ictimai nəqliyyatda onlayn ödəniş sistemi olan “BakıKart”da problem yaranıb.

Redaktor.az-ın məlumatına görə, onlayn ödəniş etmək mümkün olmayıb.

Belə ki, “M10” və “Birbank” tətbiqləri vasitəsilə edilən ödənişlər “BakıKart” cihazlarındakı problem səbəbindən köçməyib. 

Nəticədə ictimai nəqliyyat vasitələrində növbələr baş verib.

 

Vumart və Güvən reklamı Vumart Güvən