Güzdəkdəki yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB

 14:49 09.05.2025     174

Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində sexdə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Redaktor.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumatında bildirilib.

Yanğının bilavasitə yaxınlıqda yerləşən evlərə keçməsinin qarşısı alınıb.

13:49

***

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində sexdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Bu barədə Redaktor.az-a FHN Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Əlavə məlumat veriləcək.