Bakının bu ərazisində torpağın qiyməti iki dəfə artıb - TƏLƏBAT YÜKSƏKDİR

 16:49 12.05.2025     314

2021-2025 ci illərdə mənzil bazarında 55% qiymət artımı qeydə alınıb. Ən yüksək artım Ağ Şəhər ərazisində müşahidə olunub.
Həmçinin Nardaran bağlarında torpaq 70% faiz bahalaşıb.

Nardaranda torpaqların bahalaşması əsasən nə ilə əlaqəlidir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında əmlak eksperti Elnur Azadov bildirdi ki, sözügedən ərazi ilə bağlı təhlillər aparılıb və məlumat dəqiqdir.

"55% faiz qiymət artımı mənim qeyd etdiyim məlumatdır. Nardaranda torpaq bahalaşmasının əsas səbəbi, ərazidə infrastrukturun güclü inkişaf etməsidir. "Sea Breeze" layihəsi inşa olunur. O əraziyə yaxın torpaqlar, hansı ki, o torpaqlar 1-ci sıradadır, dənizə və "Sea Breeze" ərazisinə yaxındırsa, sözsüz ki, onlara tələbat yüksək olduğundan qiymət artır".

Evlərin qiyməti niyə artır... - Səbəblər

Əmlak eksperti qeyd etdi ki, yol kənarında olan, ticarət üçün yararlı torpaqlarda da qiymət artımı müşahidə olunur.

"Burada hətta ildə ən azı 50% qiymət artımı müşahidə edilir. O ərazidə özümün də torpağım var. Torpağın qiyməti il yarım ərzində təxminən 2 dəfə artıb", - deyə Elnur Azadov vurğuladı.

Aytəkin TOFİQQIZI