Belə evlərin tikintisi də, satılması da qanunsuzdur - DİQQƏT

 16:30 13.05.2025     329

Bakıda sənəd olmadan, evlərin razılaşma yolu ilə tikilib satılması hallarına çox rast gəlinir.

Sənədsiz evlərin tikilib satılmasının əsas səbəbləri nələrdir?

Mövzu ilə bağlı Redaktor.az-a aşıqlamasında əmlak eksperti Elnur Azadov bildirdi ki, sənəd olmadan evlərin tikilib satılması işbazlar tərəfindən ərsəyə gələn əmlakdır:

"Daşınmaz əmlakın qiyməti bahalaşdıqca bu kimi evlərin ərsəyə gəlməsinə səbəb yaranır. İşbazlar çalışırlar ki, müxtəlif yollarla qazanc əldə etsinlər. Bu kimi evlərin əsas istehlakçıları, alıcıları aztəminatlı şəxslər və regionlardan öz əmlakını satıb Bakı şəhəri və Bakı şəhəri ətrafına köçmək istəyən şəxslərdir".

Evlərin qiyməti niyə artır... - Səbəblər

Əmlak eksperti qeyd etdi ki, belə evlərin həm tikintisi qanunsuzdur, həm də satılması qanunsuz hesab olunur.

"Vətəndaşlar yenə də daşınmaz əmlak onların üçün əlçatmaz olduğuna görə buna əl atırlar", - deyə müsahibimiz vurğuladı.

Aytəkin TOFİQQIZI