Krımda şaftalının azalacağı elan edildi

Krımda şaxtalı havaya görə şaftalı, albalı və gavalı məhsulu 20% azalacaq.
Redaktor.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri Denis Kratyuk bildirib.
Problemlərdən danışan nazirin sözlərinə görə, gilas, gavalı və şaftalıya ziyan dəyib, şaxtadan ən çox Baxçasaray, Simferopol, Kirovski, Nijneqorski və Krasnoqvardeyski rayonlarının bağları zərər çəkib.
Bundan əvvəl Rusiya Federasiyasının başqa bir bölgəsində, Voronej vilayətində şaxtalar bağların və giləmeyvə sahələrinin demək olar ki, yarısına ziyan vurduğuna görə fövqəladə vəziyyət rejiminin tətbiqinə hazır olduqlarını elan etdilər.
Eyni zamanda Moskva vilayətinin sakinləri soyuq havanın yay bağçalarının məhsuluna təsir etməyəcəyinə əmin oldular.
Aytəkin TOFİQQIZI