"Azərbaycan ailəsi hər zaman nümunəvi sayılır"

“Müstəqli Azərbaycan dövlətində həyata keçirilən ailə siyasəti milli adətlərdən qaynaqlanır. Cəmiyyətin və dövlətin formalaşmasında ailə mühüm vasitədir”
Redaktor.az xəbər verir ki, bu fikirləri Sosial Tətqiqatlar Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Nəsillərarası həmrəylik ailə münasibətləri və dayanıqlı inkişaf konteksində” mövzusunda keçirilən konfransda çıxışı zamanı Ailə Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsi, Ailə məsələləri şöbəsinin müdir müavini Kamilə Əliyeva deyib:
"Hər kəsin vətəndaş kimi formalaşması ailədən başlayır. Ölkəmizdə milli mənəvi dəyərlərin qorunması, gənclərə aşılanması, nəsillərarası münasibətlərin formalaşmasına xüsusi önəm verilir. Azərbaycan ailəsi hər zaman nümunəvi sayılır. Ümummilli lider Heydər Əliyev bu məsələlərə diqqət yetirib və problem həlli istiqamətində ardıcıl fəaliyyət göstərib".
Aytəkin TOFİQQIZI