Falçıların şeytanın ağlına gəlməyən fırıldaqlığı - VİDEO

 17:33 15.05.2025     100

Son vaxtlar bəxtini sosial şəbəkələrdə axtaranlar çoxalıb. Bu da sosial şəbəkədə müştəri ovuna çıxan falçıların işini xeyli asanlaşdırıb.

Həm birbaşa təmas olmadan, həm də eyni anda bir neçə nəfəri tora salmaq imkanı qazandırdıqca qazandırır.

Bəziləri üçün bu, sadəcə, əyləncə təəssüratı yaratsa da, əslində, açıq-aşkar dələduzluq faktıdır.

Redaktor.az xəbər verir ki, Baku TV mövzu ilə bağlı paytaxt sakinləri arasında sorğu keçirib.

Vətəndaşlar arasında fala baxdırdığını deyənlər də olub, inanmadığı üçün uzaq durduğunu bildirənlər də.

"Heç vaxt fala baxdırmamışam. Adamın həm pulu gedir, həm də boş yerə xəyal qurursan", - deyə sakinlərdən biri bildirib.

Psixoloq Aygül Məlikova isə əlavə edib ki, bu məsələnin altında yatan səbəb həmin insanların sərbəst düşünmə qabiliyyətinin olmamasıdır. Düşüncələrini həyata keçirməkdə cəsarət göstərə bilməyəcəklərindən qorxurlar.

Daha ətraflı süjetdə: