250 kredit balı yığan həkimlər və əczaçılar sertifikasiya imtahanından azad EDİLƏCƏK

 14:24 16.05.2025     158

Davamlı peşəkar inkişafla (DİP) əlaqədar 250 kredit balı yığan həkimlər və əczaçılar sertifikasiya imtahanından azad ediləcəklər.

Redaktor.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Təklif olunan yeni dəyişikliklərə əsasən, tibb işçilərinə şərait yaradılır ki, onlar öz sertifikat şəhadətnamələrini ya 5 ildən bir imtahan yolu ilə, ya da 5 il ərzində 250 kredit balı yığmaqla əldə etsinlər. Bu balı toplamaqla imtahandan azad olunurlar. Kredit balı hər il 50 bal olmaqla ümumilikdə 250 bal təşkil edir.

Bu məqsədlə də Qanunun 46-cı maddəsinin 3-cü hissəsi yeni redaksiyada verilir.

Layihə birinci oxunuşda qəbul edilib.