Azərbaycanda hansı sahələrdə nə qədər əməkhaqqı verilir? - SİYAHI

 14:51 26.05.2025     262

Bu ilin ilk rübü ərzində Azərbaycanda qeyri-dövlət (özəl) sektorunda ən yüksək əməkhaqqı mədənçıxarma sənayesi sahəsinə xidmətlərin göstərilməsi sahəsində verilib.

Redaktor.az xəbər verir ki, bu sahədə işləyənlərin orta aylıq əməkhaqqı 5 383 manat 50 qəpik təşkil edir.

Özəl sektorda ən aşağı əməkhaqqı isə geyim istehsalı sahəsində verilir – 451 manat 60 qəpik.

Açıqlanan məlumatlardan da göründüyü kimi, Azərbaycanda özəl sektorda ən yüksək və ən aşağı əməkhaqqı arasında 12 dəfə fərq var.

Qeyd edək ki, əməkhaqqısı 5 000 manatı keçən digər sahə isə xam neft və təbii qaz hasilatı sahəsidir – burada orta aylıq əməkhaqqı 5 370 manat 60 qəpik səviyyəsindədir. İlk beşlikdə, həmçinin rabitə (3 582,9 manat), hava nəqliyyatı (3 173,1 manat) və mərkəzi ofislərin fəaliyyəti və idarəetmə sahəsi (2 933,7 manat) yer alır.

Ümumilikdə, 75 sahədən 44-də əməkhaqqı 1 000 manatdan yuxarıdır. Bu sahələrə yüksək texnologiyalar, maliyyə, nəqliyyat, neft-qaz və sənaye sahələri daxildir.

Əməkhaqqının 500 manatdan aşağı olduğu 5 fəaliyyət sahəsi mövcuddur.

Azərbaycanda iqtisadi fəaliyyət növləri üzrə qeyri-dövlət sektorunda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı aşağıdakı kimi olub.

1.  Mədənçıxarma sənayesi sahəsinə xidmətlərin göstərilməsi – 5383,5 manat

2.  Xam neft və təbii qaz hasilatı – 5370,6 manat

3.  Rabitə – 3582,9 manat

4.  Hava nəqliyyatının fəaliyyəti – 3173,1 manat

5.  Mərkəzi ofislərin fəaliyyəti və idarəetmə sahəsində fəaliyyət – 2933,7 manat

6.  Su nəqliyyatının fəaliyyəti – 2774,6 manat

7.  Maliyyə fəaliyyəti – 2509,8 manat

8.  Memarlıq, mühəndis axtarışları; texniki məsləhətlər verilməsi sahəsində fəaliyyət – 2445,6 manat

9.  Sığorta, təkrar sığorta və pensiya təminatı – 2388,7 manat

10.  Reklam fəaliyyəti və bazarın öyrənilməsi – 2336,1 manat

11.  Elmi tədqiqatlar və işləmələr – 2081,1 manat

12.  Proqram təminatının işlənməsi, bu sahədə məsləhətlər və bununla əlaqədar fəaliyyət – 1962,4 manat

13.  Metal filizlərinin hasilatı – 1859,9 manat

14.  İnсəsənət sahəsində sair fəaliyyətin göstərilməsi və mədəni-kütləvi əylənсəli tədbirlərin həyata keçirilməsi – 1786,6 manat

15.  Maliyyə xidmətləri və sığorta sahəsində yardımçı fəaliyyət – 1779,7 manat

16. Koks və təmizlənmiş neft məhsullarının istehsalı – 1733,3 manat

17. Tullantıların yığılması, emalı və məhv edilməsi; istehsalat tullantılarından təkrar istifadə edilməsi – 1691,0 manat

18.  Kompyuter, elektron və optik məhsulların istehsalı – 1668,9 manat

19.  Maşın və avadanlıqların quraşdırılması və təmiri – 1664,7 manat

20. Tütün məmulatlarının istehsalı – 1609,3 manat

21.  Kimya sənayesi – 1546,8 manat

22.  Qumar oyunlarının təşkili və mərс çəkmək üzrə fəaliyyət – 1517,1 manat

23.  İctimai birliklərin (təşkilatların) fəaliyyəti – 1502,8 manat

24.  İnformasiya xidmətləri fəaliyyəti – 1414,2 manat

25.  Anbar təsərrüfatı və yardımçı nəqliyyat fəaliyyəti – 1352,1 manat

26.  İxtisaslaşdırılmış tikinti işləri – 1299,5 manat

27.  Avtomobil, qoşqu və yarımqoşquların istehsalı – 1297,4 manat

28.  Hüquq və mühasibat uçotu sahəsində fəaliyyət – 1294,6 manat

29. Biznesin mühafizəsinə yönəldilmiş inzibati və sair əlavə fəaliyyət – 1292,5 manat

30.  Əczaçılıq məhsullarının istehsalı – 1248,3 manat

31.  Proqramların tərtib edilməsi, radio və televerilişlərin translyasiya edilməsi ilə əlaqədar fəaliyyət – 1137,6 manat

32.  İstirahət və əyləncənin təşkili üzrə idman və digər fəaliyyət – 1144,3 manat

33.  Kinofilmlərin, video və televiziya proqramlarının istehsalı, səsyazma və musiqi nəşirləri ilə əlaqədar fəaliyyət – 1147,5 manat

34.  Metallurgiya sənayesi – 1135,0 manat

35.  Elektrik avadanlıqlarının istehsalı – 1126,1 manat

36.  Digər qeyri-metal mineral məhsulların istehsalı – 1124,7 manat

37. Yaşayış üçün yerlər tərəfindən xidmətlərin göstərilməsi – 1106,5 manat

38. Kompyuterlərin, şəxsi istifadə əşyalarının, məişət mallarının təmiri – 1070,7 manat

39. Binaların tikintisi – 1066,0 manat

40.  Kağız və karton istehsalı – 1064,9 manat

41.  İçki istehsalı – 1064,8 manat

42. Kitabxana, arxiv, muzeylərin və digər mədəniyyət müəssisələrinin fəaliyyəti – 1054,9 manat

43. Daşınmaz əmlakla əlaqədar əməliyyatlar – 1034,9 manat

44.  Sair nəqliyyat vasitələrinin istehsalı – 1019,8 manat

45.  Məşğulluq sahəsində fəaliyyət – 1011,6 manat

46.  Topdan və pərakəndə ticarət; avtomobillərin və motosikletlərin təmiri – 1007,2 manat

47.  Kirayə və lizinq fəaliyyəti – 1003,5 manat

48.  Mədənçıxarma sənayesinin digər sahələri – 998,2 manat

49.  Balıqçılıq və balıqyetişdirmə – 989,6 manat

50.  Avtomobil və motosikletlərin satışından başqa, topdan satış – 954,6 manat

51.  Təhsil – 952,8 manat

52.  Maşın və avadanlıqların istehsalı – 915,0 manat

53.  Yerüstü və boru kəməri nəqliyyatlarının fəaliyyəti – 900,6 manat

54.  Səyahət agentliklərinin və turoperatorların əvvəlсədən sifariş etmə xidməti və bununla əlaqədar fəaliyyət – 888,3 manat

55.  Rezin və plastmas məmulatların istehsalı – 846,1 manat

56.  Maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı – 832,0 manat

57.  Toxuculuq sənayesi – 803,6 manat

58.  Çirkli suların yığılması və emalı – 799,2 manat

59.  Poçt və kuryer fəaliyyəti – 679,8 manat

60.  Baytarlıq fəaliyyəti – 666,2 manat

61.  Suyun yığılması, təmizlənməsi və paylanması – 664,3 manat

62.  Poliqrafiya fəaliyyəti və yazılmış məlumatların daşıyıcılara çoxaldılması – 662,2 manat

63.  İçki və yeməklərin satışı ilə əlaqədar xidmətlərin göstərilməsi – 658,4 manat

64.  Sosial xidmətlərin göstərilməsi – 657,1 manat

65.  Avtomobil və motosikletlərin satışından başqa pərakəndə satış – 650,1 manat

66.  Meşə təsərrüfatı və bu sahədə xidmətin göstərilməsi – 649,4 manat

67.  Bitkiçilik və heyvandarlıq, ovçuluq və bu sahələrdə xidmətlərin göstərilməsi – 643,4 manat

68.  Sair sənaye məhsullarının istehsalı – 612,7 manat

69.  Mebeldən başqa ağacın emalı və ağacdan məmulatların və tıxacın istehsalı – 595,6 manat

70.  Dövlət idarəetməsi və müdafiə; sosial təminat – 587,6 manat

71.  Mebellərin istehsalı – 507,7 manat

72.  Binalar və mənzərələrin dəyişdirilməsi üzrə xidmətlərin göstərilməsi – 505,0 manat

73.  Yaşayışa təminatsız sosial xidmətlərin göstərilməsi – 498,9 manat

74. Dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı – 499,3 manat

75.  Geyim istehsalı – 451,6 manat (yeniavaz.com).