Bundan sonra MRT və KT müayinələri ödənişli olacaq - TƏBİB rəhbəri

 12:50 27.05.2025     3317

"Bu ilin sonuna qədər onlayn növbə sisteminin tətbiq dairəsi genişləndiriləcək".

Redaktor.az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov "Xəzər Xəbər"ə müsahibəsində deyib.

O, onlayn növbə sisteminin hansı ərazilərdə yerləşən xəstəxanalarda aktiv tətbiq ediləcəyini də açıqlayıb.

Vüqar Qurbanov bildirib ki, TƏBİB-ə tabe olan tibb müəssisələrində FHN-in rentgen otaqlarının izolyasiyası ilə bağlı apardığı yoxlamalar yekunlaşıb, bildirilən iradlar aradan qaldırılıb.

TƏBİB-in icraçı direktoru, həmçinin vətəndaşların KT və MRT müayinələri üçün tarifin 20%-ini ödəməsi məsələsinə də münasibət bildirib. Eləcə də hansı halda xəstələrdən bu xidmətlər üçün ödəniş alınmayacağını da açıqlayıb.

TƏBİB-in icraçı direktoru deyib ki, bu yeni qərarın xəstəxanalardakı uzun növbələri və sıxlığı azaldacağı gözlənilir.

Ətraflı süjetdə: