May ayının sosial ödənişləri bu gün ödənildi

 19:00 27.05.2025     176

May ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.

Bu barədə Redaktor.az-a Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, mayın 8-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası, mayın 23-də isə digər bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin may ayının pensiya ödənişləri həyata keçirilib.