Bu ərazilərdə qaz olmayacaq

Yasamal rayonundakı mövcud qaz xəttində aşkar olunmuş qaz sızması müvəqqəti aradan qaldırılıb. İşlərin yekunlaşdırılması məqsədilə 02.06.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Bu barədə Redaktor.az-a “Azəriqaz” İB-dən məlumat verilib.
Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Ə.Əhmədov, D.Bünyadzadə, M.Xiyabani, M.Mirzəyev, Kənar Dairəvi, 7-ci Alatava, General Həmidov, Ü.Əkbərov, X.Mustafayev, X.Dadaşov, Z.Kərimov, Şərifzadə küçələrinin və 2-ci Alatava qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.