Alış-veriş stressi azaldır?

İmpulsiv alış-veriş və yüksək kalorili qidalar stressi azaltmır, əksinə, vəziyyəti ağırlaşdıra bilər.
Redaktor.az xəbər verir ki, bu barədə psixoloq Mariya İqnatyeva jurnalistlərə açıqlamasında bildirib.
Mütəxəssis qeyd edib ki, alış-veriş terapiyası kimi tanınan davranış bir müddətlik dofamin səviyyəsini artıra bilər, lakin bu, stressin əsas səbəbini aradan qaldırmır
“Bu üsul yalnız qısamüddətli rahatlıq verir, çünki problemi kökündən həll etmir. Üstəlik, impulsiv xərclər maliyyə çətinliklərini artıraraq əlavə stressə səbəb ola bilər" , - deyə o, bildirib.
İqnatyeva həmçinin vurğulayıb ki, stressə qarşı yüksək kalorili qidalardan istifadə çips, şirniyyat və fast food kimi məhsullara üz tutmaq daha ciddi nəticələr doğura bilər. Onun fikrincə, bu cür vərdişlər emosiyalarla qidalanma arasında sağlam olmayan bir əlaqə yaradır və bu da gələcəkdə qidalanma pozğunluqları və sağlamlıq problemləri ilə nəticələnə bilər.
Psixoloq qeyd edib ki, stresslə mübarizə üçün effektiv və uzunmüddətli üsullar seçilməlidir məsələn, fiziki aktivlik, meditasiya, psixoloqla işləmək və gündəlik həyat rejiminin tənzimlənməsi.
Aytəkin TOFİQQIZI