"Bir şəxsə ödəniş etmədən ona heyvanları kəsdirib soydurmaq doğru deyil" - İlahiyyatçı

"Qurbanlıq heyvan kəsilərkən yaxşı olar, hətta savabdır ki, şəxsin özü kəssin. Yox, əgər müxtəlif səbəblərdən özü kəsə bilmirsə, digər şəxsdən kömək istəyə bilər".
Bu fikirləri Redaktor.az-a ilahiyyatçı Tural İrfan Qurban bayramı zamanı heyvan kəsimi qaydalarından danışarkən bildirdi.
"Yaxşı olar ki, kömək edən, kəsən şəxs də bunun qarşılığında haqq almasın. Lakin kəsdirilən heyvan çox olarsa, kəsən şəxsin vaxtı, zamanı israf olarsa, onun da ehtiyaclarını qarşılaması üçün ona müəyyən məbləğ ödənilə bilər. Çünki qurban kəsilərkən hər şey halallıqla olmalıdır. Bir şəxsə heç bir ödəniş etmədən ona heyvanları kəsdirib soydurmaq doğru deyil. Kəsənin də fürsətçillik edib normadan artıq haqq tələb etməsi uyğun olmaz. Kəsən şəxsə qurban ətindən pay da vermək olar. Burada heç bir qəbahət yoxdur.
Qurban ətini pulla satmaq olmaz. O yalnız pay verilə bilər", - deyə ilahiyyatçı vurğuladı.
Aytəkin TOFİQQIZI