Ordubadda da bayram namazı qılındı - Fotolar

İyunun 6-da ölkəmizin bütün bölgələrində olduğu kimi, Ordubad rayonunda da Qurban bayramı münasibətilə bayram namazı qılınıb.
Redaktor.az-ın məlumatına görə, Ordubad şəhərində yerləşən Cümə məscidində və rayonun digər məscidlərində bayram namazı eyni vaxtda başlayıb.
Səhərin erkən saatlarında yüzlərlə sakin ibadət evlərinə toplaşaraq bayram namazında iştirak ediblər. Namazdan sonra dualar oxunub, Allahdan mərhəmət, əmin-amanlıq, bol ruzi və bərəkət arzulanıb.


