Beşdən çox uşağı olan qadınların sayı açıqlandı - rayonlar üzrə rəqəmlər

 17:30 07.06.2025     146

Ölkəmizdə müəyyən kateqoriyaya daxil olan ailələrə "uşaq pulu” verilir. Bunlardan biri də beşdən çox uşağı olan qadınlara verilən sosial müavinətdir. 

Hazırda Azərbaycanda 6 və daha çox uşağı olan ailələr çoxuşaqlı ailələr hesab olunur. Prezident İlham Əliyevin 13 yanvar 2023-cü ilil tarixli Fərmanı ilə 5-dən çox uşağı olan qadınlara sosial müavinətin məbləği müəyyən edilib. Fərmanda bildirilir:

"Beşdən çox uşağı olan qadınlara sosial müavinətin aylıq məbləği hər uşaq üçün 105 (yüz beş) manat müəyyən edilsin”.

Bu o deməkdir ki, məsələn, ailədə 18 yaşına çatmamış 6 uşaq varsa, həmin ailəyə aylıq 630 manat (hər uşaq üçün 105 manat) müavinət ödənilməlidir.

Redaktor.az-ın modern.az-a istinadla məlumatına görə, 2024-cü ilin statistikaları göstərir ki, ölkəmizdə 12 min 273 qadın övladlarının sayı beşdən çox olduğu üçün sosial müavinət alır, bu müavinətin ümumi məbləği hər uşaq üçün 105 manat nəzərdə tutulub.

Ölkə üzrə bir ailədə beşdən çox uşağı olan iqtisadi-rayonların göstəriciləri

Bakı şəhəri

Paytaxtda ümumilikdə 1561 qadın övladların sayı beşdən çox olduğu üçün müavinət alır. Onların ən çoxu 257 göstərici üzrə Sabunçu rayonun payına düşür. Rayonlar üzrə ən az göstərici isə Pirallahıdadır. Burada sadəcə 13 ailə çoxuşaqlı hesab edildiyi üçün ana sosial müavinət alır.

Paytaxtın digər rayonları üzrə rəqəmlər

Binəqədi rayonu – 194 nəfər

Xətai rayonu – 202 nəfər

Xəzər rayonu – 116 nəfər

Qaradağ rayonu – 115 nəfər

Nərimanov rayonu – 64 nəfər

Nəsimi rayonu – 51 nəfər

Nizami rayonu – 56 nəfər

Pirallahı rayonu – 13 nəfər

Səbail rayonu – 39 nəfər

Suraxanı rayonu – 239 nəfər

Yasamal rayonu – 205 nəfər

Naxçıvan Muxtar Respublikası

Ölkə üzrə bir ailədə beşdən çox uşağın olmadığı yeganə rayon Naxçıvanın Şahbuz ərazisindədir. Ümumilikdə isə Naxçıvanda 196 ailədə uşaqlarının sayı beşdən çoxdur, ən yüksək göstərici Şərur rayonunda qeydə alınıb. Belə ki, bu ərazidə 50 qadın hər uşağa görə aylıq 105 manat müavinət alır.  

Ən yüksək göstəriciyə malik iqtisadi rayonlar

Mərkəzi Aran iqtisadi rayonunda qeydə alınan çoxuşaqlı ailələrin sayı ölkə üzrə ən yüksək göstəricilərə malikdir. Belə ki, burada 3 min 690 qadın uşaqlarının sayı beşdən çox olduğu üçün sosial müavinət alır. İqtisadi rayon üzrə göstəricilərin böyük hissəsi Yevlaxın payına düşür. Bu rayonda 3 min 215 ana üçün sosial müavinət nəzərdə tutulub. Mərkəzi Aran üzrə beşdən çox uşağı olan ailələrin sayı ən az Zərdabdadır. Burada 48 ana çoxuşaqlı ailənin fərdləri kimi 105 manat nəzərdə tutulan sosial müavinət alır.

Beşdən çox uşağa sahib olan ailələrin sayı həm də Lənkəran-Astara iqtisadi rayonunda qeyd alınıb. Cənub zonasında ümumilikdə 1770 qadın beşdən çox uşağı olduğu üçün sosial müavinətlə təmin olunur. Bu ərazilərdə müavinət alan qadınların ən yüksək göstərici 504 ilə Astaranın, ən az göstərici isə 184 ilə Lerik rayonunun payına düşür. Mərkəzi Arandan fərqli olaraq Lənkəran-Astara iqtisadi rayonuna daxil bölgələrdə beşdən çox uşağı olan ailələrin sayında ciddi fərqlər müşahidə olunmur. Lənkaran, Cəllabad, Masallı, Yardımlıda beşdən çox uşağa sahib ailələrə məxsus olduğu üçün müavinət alan qadınların ortalama göstəricisi 270-dir.

Ən az göstəriciyi malik iqtisadi rayonlar

Beşdən çox uşağı olan ailələrin ən az yaşadığı iqtisadi rayonlar Şərqi Zəngəzur və Gəncə-Daşkəsən hesab edilir. Şərqi Zəngəzurda ümumilikdə 104 qadın beşdən çox uşağı olduğu üçün hər uşağa görə aylıq 105 manat müavinət alır. Bölgə üzrə ən yüksək göstərici 38 ailə ilə Cəbrayılın, ən az göstərici isə 7 ailə ilə Zəngilanın payına düşür.

Gəncə-Daşkəsən iqtisadi rayonu digər bölgələrlə müqayisədə çoxuşaqlı ailələrin sayına görə azlıq təşkil edir. Burada 372 qadın sayı beşdən çox uşağa sahib olduğu üçün müavinət alır. Əhali sayına görə ölkəmizdə üçüncü şəhər olan Gəncədə uşaqları çox olan 145 qadın ayda 105 manat müavinət alır və bölgədə ən yüksək göstəriciyə malik ərazidir. Bu iqtisadi rayonda beşdən çox uşağı olan ən az ailə isə Naftalanda yaşayır. Burada 6 qadın 6 və daha çox uşağı olduğu üçün müavinət alır.

Ətraflı

Digər iqtisadi rayonlar üzrə göstəricilər

Abşeron-Xızı iqtisadi rayonu cəmi 543

Ən çox Sumqayıt rayonu - 295

Ən az Xızı rayonu - 30

Qarabağ iqtisadi rayonu cəmi 627

Ən çox Bərdə rayonu - 294

Ən az Xocalı rayonu -3

Qazax-Tovuz iqtisadi rayonu cəmi 740

Ən çox Şəmkir rayonu - 194

Ən az Qazax rayonu - 70

Quba-Xaçmaz iqtisadi rayonu cəmi 553

Ən çox Quba rayonu - 173

Ən az Siyəzən rayonu - 57

Mil-Muğan iqtisadi rayonu cəmi 470

Ən çox Sabirabad rayonu - 221

Ən az Saatlı rayonu - 63

Şəki-Zaqatala iqtisadi rayonu cəmi 411

Ən çox Şəki rayonu - 96

Ən az Balakən rayonu - 33

Şirvan-Salyan iqtisadi rayonu cəmi 435

Ən çox Hacıqabul rayonu - 138

Ən az Biləsuvar rayonu - 61