Bu rayonun bəzi kəndlərində qaz OLMAYACAQ

 21:43 12.06.2025     247

Şərur rayonunun bəzi kəndlərində qaz təchizatı müvəqqəti olmayacaq.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, 76-lıq siyirtmənin yenisi ilə əvəz olunması ilə əlaqədar qaz təchizatı Şərur rayon Maxta, Axaməd, Kərimbəyli və Qarabürc kəndlərində iyunun 13-dən saat 10:00-dan müvəqqəti dayandırılacaq.

Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.