Bu ərazidə elektrik enerjisinin verilişində fasilə yaranacaq

 22:45 23.06.2025     271

Yeni Ramana qəsəbəsinin Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisinə daxil olan hissəsində 24 iyun tarixində 6 kV-luq hava xəttində təmir işləri aparılacaq.

Redaktor.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Məlumata görə, bununla əlaqədar olaraq saat 09:00-dan saat 13:00-dək qəsəbənin Samir Əliyev və Mərkəzi küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Vumart və Güvən reklamı Vumart Güvən