ADY Bakı–Balakən-Bakı istiqaməti üzrə qatarların sayını ARTIRACAQ

 16:50 24.06.2025     144

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 25 iyunda Bakıdan Balakənə, 26 iyunda isə Balakəndən Bakıya yola düşəcək qatarın vaqon sayını artıracaq.

ADY-dən Redaktor.az-a verilən məlumata görə, Bakı–Balakən və Balakən-Bakı istiqamətinə hərəkət edəcək qatara 3-ü “Standart” və 3-ü “Standart+” olmaqla ümumilikdə 6 vaqon qoşulacaq.

Qeyd olunan tarixlərdə qatar ümumilikdə 11 vaqonla hərəkət edəcək.