Bu rayonun bir hissəsində qaz olmayacaq

Babək rayonunun bir sıra kəndlərində qaz təchizatı müvəqqəti olmayacaq.
Redaktor.az "Report"a istinadən xəbər verir ki, xəbər verir ki, 100 mm və 159 mm borular korroziyaya uğradığı üçün yeraltı xətlərin yerüstü xətlərlə dəyişdiriməsi ilə əlaqədar qaz təchizatı Babək rayonunun Cəhri qəsəbəsi, Gülşənabad, Payız, Yuxarı Buzqov, Aşağı Buzqov və Gərməçataq kəndlərində iyunun 25-i saat 09:00-dan müvəqqəti dayandırılacaq.
Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.