Aparıcı Lətafət Ələkbərovanın qızı xəstəxanaya DÜŞDÜ

Aparıcı Lətafət Ələkbərovanın qızı Rəna xəstəxanaya düşüb.
Redaktor.az xəbər verir ki, bu barədə aparıcı özü məlumat verib.
Belə ki, gözündən zədələnən Rəna əməliyyat olunub.
Lətafət hazırda övladının yaxşı olduğunu bildirib:
"Əllərim bumbuz, ürəyim çırpınmaqdan çıxır. Həyatımın ən böyük imtahanını verdim. Sənə sonsuz şükürlər olsun Allahım, bizi heç vaxt darda qoymadığın üçün. O dünyanı görüb qayıtdım. Həkimlər qızımın baxışlarını geri qaytardılar".