Bakıda orta aylıq əməkhaqqı nə qədərdir?

 11:01 30.06.2025     181

2025-ci ilin yanvar-aprel aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 8,1 faiz artaraq 1385,9 manat təşkil edib.

Bu barədə Redaktor.az Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Qeyd edek ki, bu dövrdə Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,2 faiz artaraq 1100,6 manata bərabər olub.