FHN qadının xilas edildiyi hadisə haqda məlumat yaydı - VİDEO

 12:00 05.07.2025     164

Dənizkənarı Milli Park ərazisində 1 nəfər dənizdə batma təhlükəsi ilə üzləşib.

Redaktor.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi də hadisə ilə bağlı məlumat yayıb. 

Qeyd edilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub. 

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib. 

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 2000-ci il təvəllüdlü Ş.Ağazadə dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, qadını xilas etmək məqsədilə polis əməkdaşı da özünü dənizə atıb.