Maşın bazarında Çin avtomobillərinin üstünlüyü nədir? - AÇIQLAMA

 15:55 07.07.2025     104

Son illərdə Azərbaycanda avtomobil bazarında diqqətçəkən dəyişikliklər müşahidə olunur. Xüsusilə Çin istehsalı olan avtomobillərin bazarda sürətlə pay qazanması artıq danılmaz reallığa çevrilib.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən nəqliyyat eksperti Yasin Mustafayev qeyd etdi ki, Çin avtomobilləri həm konfort baxımından, həm keyfiyət, həm də qənaət baxımından sərfəlidir:

"Əvvəllər daha çox Avropa və Cənubi Koreya markalarına üstünlük verən alıcılar, bu gün münasib qiymət, zəmanət müddəti, texnoloji yeniliklər və ehtiyat hissələrinin əlçatanlığı baxımından Çin avtomobillərinə meyil edirlər. Bu tendensiya həm paytaxtda, həm də bölgələrdə avtomobil satışı ilə məşğul olan mərkəzlərdə açıq şəkildə hiss olunur. Eyni zamanda Avropa, Koreya, Çin avtomobilləri qiymətləri əlçatan eləməyə çalışırlar ki, getdikcə bazarı ələ ala bilsinlər. Ona görə də, bütün bazar indi Çin avtomobillərinə doğru yönəlibdir".

Onun sözlərinə görə, istər Avropa, istərsə də, Asiya bazarlarında bu dəqiqə Çin avtomobilləri daha çox cazib görsənir.

"Vətəndaşların avtomobil alarkən əsas diqqət etdiyi məqamlar dözümlü, qənaətcil, qiymətinin münasib olmasıdır. Çin avtomobillərində yeni avtomobil çıxan zaman, digərinin qiyməti avtomatik düşür. Buna görə də bazara hakimdir", - deyə Y.Mustafayev bildirdi.

Nuriyyə NATİQQIZI