Azərbaycanlılar istirahət üçün ən çox hara üz tutur? - AÇIQLAMA

 17:54 07.07.2025     59

Yay mövsümünün gəlməsi ilə vətəndaşların istirahətə üz tutması da başlayıb. 

Bəs insanlarımız gəzmək üçün haralara üz tutur?

Məsələ ilə bağlı Redaktor.az-a danışan turizm eksperti Ceyhun Aşurov bildirdi ki, nəzərə almaq lazımdır ki, COVİD-19 pandemiyasından sonrakı illərdə vətəndaşların ölkə xaricinə olan turları nisbətən azalıb.

"Çünki qiymətlərdə bahalaşma müşahidə olunur. Baxmayaraq ki, Türkiyə istiqamətində qiymətlər artıb, amma yenə də Azərbaycan vətəndaşlarının yayda ən çox üz tutduğu ölkələr sırasındadır. Gürcüstan, Monteneqro, Şərqi Avropa ölkələri və digər Avropa ölkələri istiqamətinə də səyahət edən həmyerlilərimiz az deyil. Ümumi müqayisəli götürdükdə isə ölkə daxilində istirahət edən vətəndaşların sayı çoxluq təşkil edir. Bunun əsas səbəblərindən biri yerli turizm imkanlarının genişlənməsi və vətəndaşların daha sərfəli seçim axtarışıdır", - deyə o vurğuladı.

Nuriyyə NATİQQIZI