"Bəzən uşağa elə ad qoyulur ki, adam dilinə gətirməyə utanır" - Lalə Mehralı

 17:19 09.07.2025     106

"Uşaqlara ad seçimi valideynin və uşağın həyatının ən vacib mərhələlərdən biridir. Amma bunu nə qədər vacib hesab edirik, bu bir az müəmmalıdır".

Bu fikirləri Redaktor.az-a sosioloq Lalə Mehralı uşaqlara qoyulan qeyri-adi adlardan danışarkən bildirdi.

"Valdeyn ağlına gələn ilk adı uşağa yazdırır və o adla böyüməsini istəyir. Amma yaxşı ki, adlarla bağlı qadağalar var. Yoxsa uşaqlar 18-20 yaşa qədər öz adlarından utana-utana yaşayacaqlar. Yetkinlik yaşına çatanda əksəriyyəti adını dəyişir. Bu adlar uşaqlara utanma hissini aşılayır. Öz adından utanan kifayət qədər uşaqlar ölkəmizdə var idi. Onların əksəriyyəti yetkinlik yaşına çatdıqdan sonra adını dəyişdi. Valideynlər övladın nə hiss edəcəyini düşünməlidirlər. Valideyn düşünməlidir ki, övladı bu adla bütün ömrünü keçirə biləcəkmi? Bəzən elə adlar seçilir ki, adam dilinə gətirməyə utanır. Çünki mənaları ayıb və məhrəm olur", - deyə sosioloq bildirdi.

Aytəkin TOFİQQIZI