Afət Həsənova Əmircan qəsəbəsində səyyar görüş KEÇİRDİ

 22:33 09.07.2025     110

09 iyul 2025-ci il tarixində Suraxanı rayonunun Əmircan qəsəbəsi, A.Rzayev küçəsində növbəti səyyar görüş keçirilib. Görüşdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Milli Məclisin deputatı Afət Həsənova və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Redaktor.az xəbər verir ki, tədbir zamanı sakinlərin müraciətləri dinlənilib, onların qaldırdıqları məsələlər yerində araşdırılıb. Eyni zamanda, küçədə aparılan asfalt örtüyünün yenilənməsi ilə bağlı görülən işlərə baxış keçirilib və işlərin gedişatı ilə bağlı əraziyə baxış zamanı müvafiq göstərişlər verilib.

Səyyar görüşün məqsədi sakinlərin problemlərini birbaşa yerində öyrənmək və onların həllinə operativ şəkildə nail olmaq olub.

Kənan YUSİF 

2222