Ötən ay içki və tütün məmulatlarına nə qədər xərclənib?

 19:56 10.07.2025     142

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1,296 milyard manatlıq içkilər və tütün məmulatları satılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata əsasən, bu göstərici ilin yanvar-may ayları ilə müqayisədə 231 milyon manat və ya 21,7% çoxdur. Belə ki, cari ilin yanvar-may aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1,065 milyard manatlıq içkilər və tütün məmulatları satılmışdı.

Ümumi olaraq, cari ilin birinci yarısında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara orta hesabla hər ay 216 milyon manatlıq, hər gün isə 7,2 milyon manatlıq içkilər və tütün məmulatları satılıb.

Hesabat dövründə içkilər və tütün məmulatları üzrə ticarət dövriyyəsinin yekunda xüsusi çəkisi 4,4% təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 29,642 milyard manatlıq, o cümlədən 16,262 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13,380 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,5 faiz, qeyri-ərzaq malları üzrə 6,7 faiz artıb(trend).

Vumart və Güvən reklamı Vumart Güvən