Quba "ASAN xidmət"ə 2 milyon müraciət qeydə alınıb

 11:58 15.07.2025     73

Quba "ASAN xidmət"ə 2 milyon müraciət qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə "ASAN xidmət"in İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Elnur Niftəliyev Quba mərkəzində media nümayəndələri üçün keçirilən təlim zamanı məlumat verib.

O bildirib ki, Quba regional "ASAN xidmət" mərkəzi gün ərzində 1500-2000 arasında vətəndaşa operativ və şəffaf şəkildə xidmət göstərir.

E.Niftəliyevin sözlərinə görə, Quba "ASAN xidmət" təkcə Quba rayonu ilə məhdudlaşmır:

“Ətraf rayonlardan gələn vətəndaşlar da bu mərkəzdə rahatlıqla dövlət xidmətlərindən yararlanır”.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən