3 rayonda elektrik enerjisi bərbad olundu - YENİLƏNİB

 23:12 15.07.2025     205

Qərb bölgəsində müşahidə olunan küləkli hava şəraiti nəticəsində elektrik enerjisinin verilişində yaranan fasilə aradan qaldırılıb.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, Qazax, Ağstafa və Tovuzun bəzi ərazilərində elektrik enerjisinin verilişi tam bərpa olunub.

Ölkənin qərb bölgəsində küləkli hava şəraiti davam edir.

***

Qazax, Ağstafa və Tovuzda küləkli hava şəraiti müşahidə olunur, elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, güclü külək səbəbindən Qazax rayonunun mərkəzində və bir sıra kəndlərində elektrik enerjisinin verlişində fasilələr yaranıb.

Ağstafa və Tovuz rayonunda da küləkli hava şəraiti müşahidə olunub. Qeyri-sabit hava şəraiti nəticəsində Ağstafa rayonunda elektrik enerjisinin verilişində qısa fasilələr olub.

Qeyd edək ki, adı çəkilən rayonlarda küləkli hava şəraiti davam edir.

Vumart və Güvən reklamı Vumart Güvən