"Texniki baxışı avtoservislərdə də həyata keçirmək mümkündür" - Nəqliyyat eksperti

 15:06 16.07.2025     207

Bəzi sürücülər avtomobillərin texniki baxış prosesinin təşkilində yaranan çətinliklərdən şikayətlənir.

Mövzu ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Yasin Mustafayev bildirdi ki, texniki baxışın rüsumu 30 manat təşkil edir:

"Bu məbləğ elə də böyük deyil. Burada əsas məsələ ondan ibarətdir ki, texniki baxış niyə fərqli-fərqli yerlərdə keçirilməlidir? Axı avtoservislərdə də bu prosesi həyata keçirmək mümkündür. Məsələn, vətəndaş rəsmi servisdə avtomobilin yağını dəyişdirməyə gəlir, bu zaman ona texniki baxış da keçirilə və nəticədə sahibinə müvafiq sənəd təqdim oluna bilər. Yəni, mütləq şəkildə Baş Dövlət Yol Polisi İdarəsinin aidiyyəti qurumlarına getməyə ehtiyac qalmaz".

Qiymət artımı məsələsinə gəldikdə isə,ekspert bildirdi ki, bəzən köhnə nəqliyyat vasitələrindən utilizasiya haqqı da tutulur.

"Lakin bunun texniki baxışla birbaşa əlaqəsi yoxdur",- deyə Y.Mustafayev qeyd etdi.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən