Dəniz suyunun bu xəstəliklərdə müsbət rolu var imiş - Tanınmış həkim AÇIQLADI

 15:18 17.07.2025     159

Dəniz havasının və suyunun insan sağlamlığı üçün xeyirli olduğu deyilir.

Bəs dəniz hansı xəstəlikliklərin dərmanıdır?

Həkim-terapevt Sübhan Hacıyev Redaktor.az-a açıqlamasında bildirdi ki, insan təbiətlə çox sıx əlaqədədir.

"İnsan təbiətdə olan həm torpaqdan, həm də dənizdən müsbət enerji alır. Dənizdə üzərkən belə, insan orqanizmində xoşbəxtlik hormonu olan serotonin və endorfin miqdarının artması müşahidə olunur. Dənizin suyu bir çox mikroelementlərlə zəngin olduğu üçün insan orqanizminə müsbət təsir göstərir. Xüsusilə də dəniz havasında təbii yolla zənginləşdirilmiş yod, natrium, maqnezium ehtiva olunduğu üçün bir çox tənəffüs yolu xəstəliklərində astma, bronxit kimi xəstəliklərin müalicəsində müsbət rol oynayır".

Həkim-terapevtin sözlərinə görə, dəniz suyunun tərkibində maqnezium olduğu üçün stresi azaldır.

"Eyni zamanda dəniz suyu duzlu olduğundan bakteriyal effekt göstərir. Dəridə olan bir çox iltihab proseslərinin aradan qalxmasına köməklik edir. Xüsusilə də akne, eqzema kimi xəstəliklərdə müsbət rolu var. Dərinin epidermis qatında ölü hüceyrələrin soyulub təmizlənməsinə də köməklik göstərir.

Ümumilikdə dəniz suyunun, havasının böyük müsbət bir rolu olsa da, müəyyən ehtiyatları da əldən verməmək lazımdır. Açıq yara ilə dənizə girmək olmaz. Eynilə, çirklənmiş suda çimmək daha da ağır xəstəliklərə səbəb ola bilər", - deyə Sübhan Hacıyev fikrini yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən