FHN-in Cənub Regional Mərkəzində tədbir keçirildi

 11:49 19.07.2025     127

“Konstitusiya və Suverenlik İli” münasibətilə “Ulu Öndər Heydər Əliyev və milli dövlətçilik təfəkkürü” mövzusunda FHN-in Cənub Regional Mərkəzində tədbir keçirilib.

FHN-in Mətbuat xidmətindən Redaktor.az-a verilən xəbərə görə, nazirliyin regionda fəaliyyət göstərən yerli qurumlarının rəhbərlərinin və Mərkəzin kollektivinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla yad edilib.

Tədbir Ümummilli Liderin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbir zamanı çıxış edən digər natiqlər Ulu Öndər Heydər Əliyevin mənalı həyat yolu və zəngin ictimai-siyasi fəaliyyəti haqqında ətraflı məlumat veriblər, Dahi Rəhbərin adının milli dövlətçilik tariximizə qızıl hərflərlə yazıldığını iftixar hissilə qeyd edərək bu gün Ulu Öndərin əsasını qoyduğu uğurlu siyasi kursun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən böyük müvəffəqiyyətlə zamanın çağırışlarına uyğun davam və inkişaf etdirildiyini qeyd ediblər.

Vumart və Güvən reklamı Vumart Güvən