“Azəriqaz”da yüksək vəzifəyə təyin olunan müharibə veteranı kimdir?

 11:29 21.07.2025     322

Mədətov Fərhad Əminağa oğlu SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyində Baş direktorun maliyyə üzrə müavini təyin edilib.

Redaktor.az xəbər verir ki, o, 1979-cu ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə Bakı şəhəri 5 saylı orta məktəbi bitirib. 

1995-2001-ci illərdə Azərbaycan Texniki Universitetinin “Nəqliyyat”  fakültəsini bakalavr və maqistr dərəcələri üzrə bitirib. 2005-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və kredit” ixtisası üzrə bakalavr dərəcəsini alıb. Mühasibat və maliyyə sahələrində “Association of Chartered Certified Accountants” və “Corporate Finance İnstitute” kimi nüfuzlu beynəlxalq qurumlardan sertifikat və diplomlara malikdir.

Fərhad Mədətov müxtəlif xarici və yerli müəssisələrdə maliyyə və mühasibatlıq üzrə mütəxəssis və rəhbər vəzifələrində fəaliyyət göstərib.

2005-2007-ci illərdə “European Tobacco” ASC-də  mühasib kimi işləyib.

2008-2017-ci illərdə “Agro-Azərinvest” MMC-də maliyyə meneceri daha sonra Maliyyə Departamentinin direktoru vəzifələrində çalışıb.

2017-2019-cu illərdə “Gilan Holding”-də Grupun maliyyə nəzarətçisi kimi fəaliyyət göstərib.

2019-2024-cü illərdə “Azerbaijan Fish Farm” MMC-də Maliyyə Departamentinin direktoru kimi çalışıb.

2024-ci ildən “Odlar Yurdu” Universitetində Mühazirəçi müəllim kimi fəaliyyət göstərib.

2024-2025-ci illərdə “ATS Food” MMC-də Maliyyə Departamentinin direktoru vəzifəsini icra edib.

28 fevral 2025-ci ildən SOCAR-ın "Azəriqaz" İB-də Baş direktorun müşaviri kimi fəaliyyətini davam etdirib.

O, 2002-2003-cü illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit kimi həqiqi hərbi xidmətdə olub.

Azərbaycanın ərazi bütovlüyü uğrunda İkinci Qarabağ müharibəsinin veteranıdır. Vətən müharibəsinin başladığı 27 sentyabr 2020-ci il tarixindən etibarən Füzuli, Cəbrayıl, Hadrut, Zəngilan, Ağdam, Ağdərə rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüşlərdə iştirak edib. Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə “Zəngilanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. Ehtiyatda olan zabitdir.

Ailəlidir. Üç övladı var.

Vumart və Güvən reklamı Vumart Güvən