Sabah bu şəhərin bir hissəsində qaz olmayacaq

Sabah Qəbələ şəhərinin bir hissəsində qaz olmayacaq.
"Azəriqaz" İstehsalat Birliyindən Redaktor.az-a verilən məlumata görə, Zaqatala Regional Qaz İstismarı İdarəsinin Qəbələ xidmət sahəsinin Qəbələ rayonu Z.Əliyeva küçəsində şəhərin bir hissəsini təbii qazla təmin edən d-108 mm-lik orta təzyiqli yerüstü qaz xəttinin üzərindəki d-100 mm-lik siyirtmənin girişində aşkarlanmış qaz sızmasının ləğv edilməsi məqsədi ilə sabah saat 10:00-dan işlər yekunlaşanadək Qəbələ şəhəri Nəsimi, S.Vurğun, Natəvan, Gənclər, A.Səhhət,Yeni qəsəbə, C.Yusifov, A.Cəlilov, Şəhriyar, F.Rəhimov, A.Bakıxanov, Z.Əliyeva, H.Əliyev, H.Aslanov küçələrində cəmi 1961 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.
İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaqdır.