Psixoloq uşaqları "fast food" asılılığından qurtamağın yollarını AÇIQLADI

 15:37 25.07.2025     131

"Biz uşaqlarımızı, övladlarımızı bir şeylə bağlı maarifləndirdikdən sonra ona uyğun addımlar atmalıyıq. Ancaq birbaşa qadağalar qoyulmamalıdır".

Bu fikirləri Redaktor.az-a psixoloq Nabat Mirzəyeva uşaqların "fast food" aslılığından danışarkən bildirdi.

"Çünki dövrün əgər bu satışı, bu tələbatı varsa, biz o satışın, tələbatın qarşısını birdəfəlik kəsə bilmərik. Əgər bu satış hər yerdə təqdim olunursa, biz ona "xeyr", "qətiyyən artıq sən heç bir zaman istifadə etməyəcəksən" deyə bilmərik. Ona görə mütləq dərəcədə biz həmin o vərdişin nəyə səbəb olacağını açıqlamalıyıq. Məsəl üçün, çox yağlı yediyimiz zaman, həmin "fast food"ları ard-arda istifadə etdiyimiz zaman bizim bədən immunitetimizə, bizim dişimizə, ürəyimizə, bədən sistemimizə təsirlərini açıqlamalıyıq", - deyə o vurğuladı.

Psixoloq qeyd etdi ki, "fast food"u çox yediyimiz zaman maddi olaraq da, mənəvi olaraq da hansı zərərlərə gəlib çıxacağını mütləq dərəcədə uşaqlara açıqlamalıyıq.

"Çünki təkcə mənəvi deyil, maddi olaraq da bu, bir zərərə gətirib çıxardan vəziyyətdir və üstəlik də sonra canımızda baş verən sağlıqla da bağlı olaraq yenə bizi maddi zorluqlara gətirəcək bir durumdur. Bundan da başqa biz övladlarımıza sağlam qidalanmaqla bağlı cizgi filmləri və onlarla bağlı kitablar oxuyub, hansı ərzaqların ona hansı faydalara qatdığı ilə bağlı maarifləndirici filmlər aça bilərik, söhbətlər edə bilərik. Ancaq unutmayın ki, biz bunu yoraraq, boğaraq etməməliyik. Ayda bir-iki dəfə edə bilərik. Əvvəl nə dərəcə, nə qədər yeyirdi? O qədəri bir nisbətən azaldaraq. Əvvəl dörd yeyirdisə, artıq bunu ikiyə endirmək, altıdırsa bunu nisbətən dördə endirmək, üçə endirmək olar. Bundan da əlavə uşaqlarınızla bərabər yemək hazırlamalıyıq. Biz övladlarımızla bərabər yemək, pizza hazırlaya bilərk.  Biz ən önəmlisi bunu etdikdən sonra isə övladımızı maarifləndirməyi unutmamalıyıq. Bizdən "fast food" nə alır, tərəvəzlər, meyvələr isə bizə nələr qatır deyə bu söhbəti etməliyik. Qazlı içkilərin yerinə özümüzün evdə hazırladığımız kompotları övladlarımıza tövsiyə edə bilərik. Şokoladların yerinə isə qurudulmuş meyvələri, qoz, fındıq, ləbləbiləri övladımıza tövsiyə edə bilərik", - deyə Nabat Mirzəyeva bildirdi.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən