MEDİA müsabiqə nəticələrini AÇIQLADI

Audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqənin nəticələri açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi məlumat yayıb.
Bildirilib ki, Medianın İnkişafı Agentliyi və Audiovizual Şurası tərəfindən yeni media mühitində auditoriya yönümlü və hədəf kütlələrə hesablanmış məzmun istehsalı və yayımının təşviqi, maarifləndirici materialların rəqabətədavamlılığının artırılması, məzmun müxtəlifliyi və yaradıcılığının stimullaşdırılması, dövlət və cəmiyyət üçün prioritet istiqamətlər barədə məlumatların ictimaiyyətə səmərəli şəkildə çatdırılması məqsədilə 23 may 2025-ci ildə elan olunmuş dövlət sifarişi əsasında audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqənin nəticələri açıqlanıb.
AzTV, Space TV, ATV, Xəzər TV, ARB TV, ARB24 və Real TV televiziya kanalları proqram kateqoriyasında qalib olub.
Sosial videoçarx kateqoriyasında isə AzTV, ATV və ARB24 televiziya kanalları uğur qazanıb.
