İş rejimi, psixoloji yorğunluq - Psixoloqdan TÖVSİYƏLƏR

 17:18 01.08.2025     95

Müasir dövrdə sürətli həyat ritmi, fasiləsiz iş rejimi və dəyişən hava şəraiti insanın həm fiziki, həm də psixoloji sağlamlığına təsirsiz ötüşmür. Xüsusilə də uzun müddət eyni tempdə yaşamağa öyrəşmiş insan orqanizmi ani dəyişikliklərə istər qrafikdə, istərsə də mövsümlərdə tez uyğunlaşa bilmir.

Bəs insanın eyni rejimdə yaşaması, istirahətsiz işləməsi və fəsil dəyişikliklərinə adaptasiya edə bilməməsi psixoloji vəziyyətə necə təsir edir və bunun qarşısını almaq üçün nə etməliyik?

Mövzu ilə bağlı Redaktor.az-a fikirlərini bildirən psixoloq Günay Kərimi bildirdi ki, il boyu fasiləsiz işləmək insanın eyni qrafikə alışmasına səbəb olur.

Onun sözlərinə görə, iş və ya mövsüm dəyişikliyi zamanı bir çox insanlarda adaptasiya problemi yaranır. Çünki insan öyrəşdiyi bir rejimi dəyişəndə zehni çaşqınlıq keçirə, hətta bu hal depressiyaya səbəb ola bilər.

"Xüsusilə yay aylarında istirahət etmək həm fiziki, həm də psixoloji baxımdan vacibdir. Bu zaman insan enerji toplayır, rahatlıq yaşayır. Yaydan payız və qış aylarına keçid zamanı isə günəşin azalması, havanın tutqunlaşması psixologiyaya mənfi təsir edir və payız depressiyası yarana bilər.Əgər bir insanın dincəlmək imkanı yoxdursa, o zaman heç olmasa axşamlar təmiz havada gəzməyə, dostlarla vaxt keçirməyə, təbiət qoynunda olmağa çalışmalıdır ki, yeni iş qrafikinə rahat uyğunlaşa bilsin", – deyə müsahibimiz bildirdi.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən