55 mindən çox uşaq üçün birdəfəlik müavinət verilib

 11:23 06.08.2025     70

Bu ilin yanvar-iyul ayları ərzində 55 min 957 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq ödəniş edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Müavinət ödənişləri 26 min 289 qız, 29 min 668 oğlan uşağına görə aparılıb.

Vumart və Güvən reklamı Vumart Güvən