Yeni doğulan körpəyə su vermək olarmı? - Pediatrdan MƏSLƏHƏT

 12:01 06.08.2025     63

Yeni doğulan körpələrə su verilib-verilməməsi valideynlər arasında zaman-zaman müzakirə mövzusuna çevrilir. Bəziləri düşünür ki, isti havalarda uşağa su verilməlidir, digərləri isə hesab edir ki, bu sağlamlıq üçün təhlükəli ola bilər.

Bəs körpələrə su olarmı?

Mövzu ilə bağlı Redaktor.az xəbər saytına açıqlama verən həkim-pediatr Aytən İsmayılzadə bildirdi ki, yeni doğulan körpələrə su verməyə ehtiyac yoxdur:

"Onların su ehtiyacı ana südü vasitəsilə ödənilir. Ona görə də artıq su zəhərlənməyə gətirib çıxara bilər. Bədəndə artıq yığılmış maye hüceyrə daxilində və xaricində yığılaraq bədəndə olan su-elektrolit balansını pozur və bu pozulma beyin funksiyalarının pozulmasına, süstlüyə gətirib çıxara bilir. Ona görə də biz körpələrin su ehtiyacını ayarlaya bilmərik".

Müsahibimiz körpələrə nə zaman su vermək lazım olduğundan da bəhs edib:

"Artıq körpənin 2–3 ayından sonra hava istidirsə, ana da az maye qəbul edirsə, körpəyə su qaşıqla az-az verilə bilər. Süni qida alan uşaqlara da su verməyə ehtiyac yoxdur, çünki süni qida da suda həll olunur. Bəzən suya qənd, şəkər tozu ataraq şirin edib verirlər, bu isə qətiyyən olmaz".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən