Qatarların hərəkətində gecikmələr ola bilər - SƏBƏB

 19:25 06.08.2025     136

Bakı-Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, avqustun 7-dən etibarən Abşeron dairəvi dəmir yolu xətti və rayonlararası istiqamətlər üzrə qatarların hərəkətində qısamüddətli gecikmələr müşahidə oluna bilər.

Redaktor.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

"Yarana biləcək müvəqqəti narahatlığa görə sərnişinlərdən anlayışlı olmaları xahiş olunur",- məlumatda deyilir.

Vumart və Güvən reklamı Vumart Güvən