Ucar sakininin üzləşdiyi problem: "Dedilər, düzələcək, amma heç nə olmadı"

 23:50 06.08.2025     55

Ucar sakini, 32 yaşlı Ramil Nəzərov Baku TV-nin qaynar xəttinə müraciət edərək aidiyyəti qurumdan kömək istədiyini bildirib.

Redaktor.az  xəbər verir ki, o, 2016-cı ilin aprelin 4-də hərbi xidmətə yollanıb və həmin dövrdən sonra səhhətində ciddi problemlər yaranıb.

"Əsgərlikdən sonra mənə əlillik təyin olunub. Hərəkət edə bilmirəm, tez yoruluram. Belimdə səpkilər əmələ gəlib. Belə yaşaya bilmirəm. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xahiş edirəm ki, məni elektron araba ilə təmin etsinlər. Həmçinin aldığımız sosial yardım da fevral ayından dayandırılıb. Aidiyyəti qurumlardan onun da bərpasını xahiş edirəm", - o söyləyib.

Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondundan verilən məlumata görə, Ramil Nəzərovun ailəsinə təyin olunmuş ünvanlı dövlət sosial yardımın dayandırılması ilə bağlı fikirlər yanlışdır və həqiqəti əks etdirmir:

"Belə ki, ailənin iyunun 24-də ünvanlı sosial yardımla bağlı daxil olmuş müraciətinə əsasən 330 manat məbləğində sosial yardım təyin edilib. Avqust ayının ödənişləri zamanı ailənin mövcud kart hesabına həmin məbləğin köçürülməsi nəzərdə tutulub".

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən isə qeyd olunub ki, Ramil Nəzərovun reabilitasiya vasitələri ilə təmin edilməklə bağlı müraciətinə əsasən evində əyani müayinəsi aparılıb:

"Nəticədə, qapalı məkan üçün təkərli oturacaq, sanitar qovşaqlı araba və dördayaqlı dayaq hərəkət vasitəsilə təmin olunması qərara alınıb. Qanunvericiliyə əsasən, mühərrikli təkərli oturacaqlar əlilliyi olan şəxslərə 5 ildən bir verilir. Ramil Nəzərov da 5 iyul 2021-ci il tarixində həmin reabilitasiya vasitəsilə təmin edilib və gələn il növbəti dəfə onun mühərrikli təkərli oturacaqla təminatı məsələsinə baxılacaq".

Ətraflı süjetdə:

Vumart və Güvən reklamı Vumart Güvən