Ailədəki düzgün olmayan psixoloji münasibətlər də uşaqlarda artıq çəkiyə gətirib çıxara BİLƏR

 14:12 07.08.2025     66

Tibb elmləri doktoru Aleksandr Neimark xəbərdarlıq edib ki, uşaqlıqda piylənmə gələcəkdə insanın bütün həyatına təsir göstərə bilər.

Redaktor.az xəbər verir ki, o, lenta.ru-ya müsahibəsində gənc yaşda yaranan artıq çəkisinin böyüklərdə sağlamlığa necə təsir etdiyindən və piylənmənin inkişaf səbəblərindən danışıb.

Neimark qeyd edib ki, son vaxtlar Rusiyada piylənmədən əziyyət çəkənlərin sayı 10 faiz artıb, son bir ildə uşaqlar arasında isə 108 min yeni piylənmə halı qeydə alınıb.

Həkimin sözlərinə görə, uşaqlarda piylənmənin səbəbləri arasında endokrin bezlərin fəaliyyət pozğunluğu və oturaq həyat tərzi də var. Lakin əsas səbəb qidalanma pozuntularıdır.

Neimark vurğulayıb ki, ailədəki düzgün olmayan psixoloji münasibətlər də uşaqlarda artıq çəkiyə gətirib çıxara bilər.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən