Süni mayalanma ilə uşaq dünyaya gətirən qadınların SAYI

Ötən il Azərbaycanda 392 qadın süni mayalanma (ekstrakorporal mayalandırma) ilə uşaq dünyaya gətirib.
Redaktor.az "Report"a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi bildirib.
Bu, 2023-cü illə müqayisədə 62 nəfər azdır:
"Həmçinin ekstrakorporal mayalandırma nəticəsində 2021-ci ildə 391, 2022-ci ildə 395 qadınının hamiləliyi doğuşla başa çatıb".