Avqust ayının pensiyaları ödənildi

 11:41 13.08.2025     186

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə avqust ayının pensiyaları ödənilib.

Redaktor.az xəbər verir ki, bu barədə qurumdan bildirilib.

Bundan başqa, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə bu ayın pensiya ödənişi də həyata keçirilib.

Respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin avqust ayı üzrə pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.

Vumart və Güvən reklamı Vumart Güvən